Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Soğan doğrayarkən ağlamamaq mümkündür
---

Soğan doğrayarkən ağlamamaq mümkündür

Soğan doğrayarkən göz yaşlarının qarşısını almaq mümkündürmü? Alimlər bu sualın cavabını tapdıqlarını iddia edirlər.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, alimlər soğanın göz yaşına səbəb olan maddəsini minimuma endirən yeni üsul təqdim ediblər. Araşdırmalara görə, soğanın soyudulması bu problemi xeyli azaldır. Soyuq temperaturda saxlanılan soğan, doğrandıqda daha az uçucu maddə buraxır və nəticədə göz qıcıqlanması zəifləyir.


Eyni zamanda, iti bıçaqla sürətli kəsmək, soğanın hüceyrələrinin daha az zədələnməsinə səbəb olduğu üçün bu da göz yaşının qarşısını alan amillərdəndir.

Alimlər, soğanı kəsməzdən əvvəl bir neçə dəqiqə soyuducuda saxlamağı və mümkün qədər iti bıçaqla doğramağı tövsiyə edirlər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma