Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Sümüklərin bərpası üçün yeni, təhlükəsiz ÜSUL
---

Sümüklərin bərpası üçün yeni, təhlükəsiz ÜSUL

İsveçdəki Boras Universitetinin alimləri sümüklərin bərpası üçün yeni, təhlükəsiz üsul kəşf ediblər.


Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Boras Universiteti məlumat yayıb.


Bildirilir ki, tədqiqatın rəhbəri doktor Sabrina Kopf bakteriyaların yaratdığı liflərdən biotekstil hazırlayıb. Bu material böyük sümük defektlərinin müalicəsində istifadə oluna bilər və başqa bədən hissəsindən sümük köçürülməsinə ehtiyacı azaldır.


Kopf öz tədqiqatında bakteriyaların istehsal etdiyi polihidroksialkanoat (PHA) adlı bioplastiki araşdırıb və ona kalsium-fosfat əlavə edərək sümük hüceyrələrinin tanıya biləcəyi möhkəm liflər hazırlayıb.


Laboratoriya testləri göstərib ki, sümük hüceyrələri bu liflərə uğurla yapışır və sağlam qalır.


Yeni texnologiya tullantılardan hazırlanır, təbiətdə tamamilə parçalanır və mikoplastik yaratmır.


Sabrina Kopf bildirib ki, bu iş yalnız biotibb sahəsində deyil, həm də BMT-nin dayanıqlı inkişaf məqsədlərinə töhfə verir. O, gələcəkdə bu texnologiyanın inkişafı üzərində işləməyə davam edəcəyini vurğulayıb.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma