Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » XƏBƏRDARLIQ: 22 - 24 aprel tarixində...
---

XƏBƏRDARLIQ: 22 - 24 aprel tarixində...

22 aprel 2025-ci il tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir.


"Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, 22 aprel axşam saatlarında Yer kürəsində zəif və orta səviyyəli maqnit qasırğaları (G1-G2) baş verəcək.


Bu hadisə, Günəşdə yaranan böyük koronal dəlikdən çıxan sürətli və sıx günəş küləklərinin Yerə çatması nəticəsində baş verəcək.


Leus qeyd edib ki, bu maqnit qasırğaları 22 aprel axşamı başlayacaq və 24 aprelədək davam edə bilər. Bu müddət ərzində geomaqnit sahəsində dəyişikliklər müşahidə olunacaq.


Maqnit qasırğaları zamanı meteohəssas insanlar baş ağrısı, təzyiqin dəyişməsi, yorğunluq və yuxusuzluq kimi simptomlar hiss edə bilərlər. Bu səbəbdən, belə günlərdə su qəbulunu artırmaq, istirahətə daha çox vaxt ayırmaq və stressdən uzaq durmaq tövsiyə olunur.//APA

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma