Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İki yaşlı qızcığaz qarışqa dişləmələsindən ölüb
---

İki yaşlı qızcığaz qarışqa dişləmələsindən ölüb

ABŞ-nin Corciya ştatında həkimlər alovlu qarışqaların dişlədiyi iki yaşlı qız uşağını xilas edə bilməyiblər.


Bu barədə" Daily Mail" nəşri məlumat yayıb.


Qarışqaların dişləməsi uşağın orqanizmində güclü allergik reaksiya – anafilaktik şok yaradıb. Bu səbəbdən qızcığaz nəfəs almaqda çətinlik çəkib. O, xəstəxanaya çatdırılsa da, orada azyaşlılarla işləməyə uyğun tibbi avadanlıq olmayıb.


Valideynlər hesab edirlər ki, bu ölümü qarşısını almaq mümkün idi. Onlar, qızlarına yardım etməyə çalışan həkim və tibb bacısı barəsində məhkəməyə müraciət ediblər.


İddiada qeyd olunur ki, tibb bacısı anafilaktik şok zamanı həyati vacib olan epinefrin inyeksiyasını vurmaqda 20 dəqiqədən çox gecikib. Həkim isə lazımi alətlərin olmaması səbəbindən intubasiya edə bilməyib./BAKU.WS

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma