Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Kanal S"in qalmaqallı aparıcısı ölkədən GEDİR
---

"Kanal S"in qalmaqallı aparıcısı ölkədən GEDİR

"Kanal S"in qalmaqallı aparıcısı ABŞ-yə gedir.


Oxu.Az xəbər verir ki, "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhad ölkədən getdiyini açıqlayıb. O bu barədə sosial media hesabında paylaşım edib. Aparıcının sözlərinə görə, o, yaxın günlərdə Amerika Birləşmiş Ştatlarına yola düşəcək:


"Hər şey qaydasındadır. Dəstək olanlara təşəkkür edirəm. Hamınızı çox sevirəm. Dəstəyinizə görə minnətdaram. Gələn həftənin ikinci günü Amerikaya uçuram. Üç həftəlik səyahətim var. Bir az sakitləşmək istəyirəm. Oradakı dostlarıma, yaxınlarıma baş çəkmək istəyirəm. Efirə gəldikdə isə, efir olmayacaq".


Aparıcı paylaşımında, həmçinin baş verənlərdən sonra sakitləşmək üçün psixoloqa müraciət edəcəyini də vurğulayıb.


Xatırladaq ki, "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhad "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:


"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".


Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər.


Qeyd edək ki, aparıcının efirdən səsləndirdiyi fikirlərə görə, "Kanal S"in yayımı 24 saatlıq dayandırılıb.

"Kanal S"in qalmaqallı aparıcısı ölkədən GEDİR

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma