Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Özbəkistan Prezidenti 488 məhkumu əfv edib
---

Özbəkistan Prezidenti 488 məhkumu əfv edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ramazan bayramı ərəfəsində "Cəza müddətini çəkən, səmimi şəkildə peşman olan və islah yolunu qətiyyətlə tutmuş bir qrup şəxsin əfv edilməsi haqqında" fərman imzalayıb.


"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, sözügedən fərman əsasında 488 məhkum əfv edilib.


Əfv edilənlərdən 100 nəfər əsas cəzadan tamamilə azad edilib, 268 nəfər şərti - vaxtından əvvəl cəza çəkməkdən azad olunub, 34 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan əlavə, 86 məhbusun həbs müddəti azaldılıb.


"Əfv edilənlər arasında xarici ölkələrin 17 vətəndaşı, 37 qadın, 60 yaşdan yuxarı 37 kişi, 30 yaşadək 167 şəxs və qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmiş 5 nəfər var", - məlumatda qeyd edilib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma