Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Özcan Denizə qardaşından ölüm təhdidləri: Səs yazıları ortaya çıxdı
---

Özcan Denizə qardaşından ölüm təhdidləri: Səs yazıları ortaya çıxdı

Məşhur türkiyəli sənətçi və müğənni Özcan Deniz və onun 22 il ərzində meneceri olmuş böyük qardaşı Ercan Denizin yolları maliyyə pozuntusu iddiaları və ölüm təhdidlərindən sonra ayrılıb.


Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.


Prokurorluğa təqdim edilən vəsatətdə yer alan səs yazıları ailədaxili böhranın miqyasını üzə çıxarıb.


Məlumata görə, Özcan Deniz və bacısı Melek Kasap qardaşları barəsində İstanbul Respublika Baş Prokurorluğuna çox ağır ittihamlarla dolu şikayət ərizəsi veriblər.


Şikayət ərizəsində Ercan Denizin həm sənətçinin, həm də bacısının həyatını təhdid etdiyi, maliyyə pozuntularına yol verdiyi və ictimaiyyətdə əsassız ittihamlar irəli sürdüyü iddia edilir.


Bildirilib ki, Özcan Denizin maliyyə sənədləri ilə bağlı məlumat tələbini rədd edən Ercan Deniz şirkət üzərində bütün səlahiyyətləri əlində saxlayıb və müğənninin qazancı ilə bağlı ciddi qanun pozuntularına yol verib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma