Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Brüssel müharibəyə hazırlaşır"
---

"Brüssel müharibəyə hazırlaşır"

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) avropalı ailələrin 72 saatlıq ərzaq ehtiyatına malik olmaq çağırışının arxasında müharibənin dayandığını bildirib.


"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə yerli mediaya müsahibəsində deyib.


"Onların Brüsseldən bütün avropalı ailələrə 72 saatlıq ərzaq ehtiyyatına malik olmaq mesajları göndərməsi gülməli görünür, lakin bunun arxasındakı düşüncə qorxuncdur. Onlar nəyəsə hazırlaşırlarmı? Hazırda mən Avropanın müharibə ilə təhdid edildiyini görmürəm. Görünür, Brüssel müharibəyə davam etmək istəyir. Onlar Ukraynanı dəstəkləməklə bu müharibəyə qoşulublar. Biz sülhün tərəfindəyik, silah tədarük etmirik. Lakin müəyyən ölkələr var ki, mən Brüsselin onların vəkili kimi çıxış etdiyini görürəm. Onlar bu müharibəni daha da dərinləşdimək istəyirlər, sülhməramlılar, əsgərlər haqqında danışırlar. Bu 72 saatlıq qida çağırışının arxasında dərin müharibə hazırlıqları getdiyini hiss edirəm. Macar ailələrə bildirmək istəyirəm ki, onların qeyri adi heç nəyə ehtiyacları yoxdur. Yəni, Macarıstan müharibəyə qoşulmayacaq, Avropa qoşulsa belə biz sülhün tərəfində olacağıq", - Orban qeyd edib.


Xatırladaq ki, bir neçə gün öncə Avropa İttifaqı (Aİ) üzv ölkələrdən kritik avadanlıq ehtiyatlarını artırmağı və xalqı fövqəladə hallar üçün ən azı 72 saat ərzində kifayət qədər təchizata malik olmağı tələb edib. Bu tələbin Avropanın böhranlara qarşı daha hazırlıqlı olması ilə bağlı verildiyi bildirilib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma