Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Sağlamlıq iksirinin resepti açıqlandı
---

Sağlamlıq iksirinin resepti açıqlandı

Yerkökü şirəsinin sarıkök ilə birləşməsi və ona zəncəfillə qara bibər əlavə edilməsi iltihabı azaltmağa və immun sistemini dəstəkləməyə kömək edir.


Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bunu dietoloq və sağlam həyat tərzi meneceri Meqan Rou bildirib.


Onun sözlərinə görə, yerkökü və zəncəfil güclü antioksidant və antiiltihab xüsusiyyətləri daşıyır. Sarıkök isə qan dövranını yaxşılaşdırır və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Qara bibər isə orqanizmin sarıkökü daha effektiv mənimsəməsinə kömək edir.


Faydalı içki hazırlamaq üçün 150 qram yerkökü şirəsinə çay qaşığının 1/4-i qədər sarıkök, bir parça təzə zəncəfil (və ya bir çay qaşığı toz) və bir çimdik qara bibər əlavə etmək kifayətdir.


Meqan Rou vurğulayıb ki, sarıkök qanı duruldan təsirə malikdir, ona görə də insanlar belə bir içki içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma