Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Elektron siqaretin insan sağlamlığına zərərləri açıqlanıb
---

Elektron siqaretin insan sağlamlığına zərərləri açıqlanıb

Pulmonoloq Yelena Qorbaçova elektron siqaretlərin insan orqanizmə vurduğu zərərlərdən danışıb.


Oxu.Az xəbər verir ki, mütəxəssisi fikirlərini "RİA Novosti" agentliyi dərc edib.


"Elektron siqaretin tərkibində olan yağ kiçik damlacıqlara çevrilir. Orqanizm onu yad cisim hesab edə bilər və immun sistemi əks reaksiya verməyə başlayır. Nəticədə, mayenin yığılması ilə iltihablı bir proses meydana gəlir, bu da yağlı birləşmələrin müntəzəm inhalyasiyası ilə inkişaf edən pnevmoniyaya səbəb olur. Bu isə artıq ölümcül hal ilə nəticələnə bilər", - deyə pulmonoloq qeyd edib.


Mütəxəssis, həmçinin əlavə edib ki, elektron siqaret tənəffüs yollarında ağciyər toxumasını və selikli qişanı qurudur, infeksiyaların onlara keçməsini asanlaşdırır, eyni zamanda oksigen çatışmazlığı yaradır.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma