Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Magistraturaya qəbul imtahanlarında ölkə birincisi: "Yüksək bal toplayacağımdan əmin idim"
---

Magistraturaya qəbul imtahanlarında ölkə birincisi: "Yüksək bal toplayacağımdan əmin idim"

16 fevral 2025-cü il tarixində keçirilmiş ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanından (I cəhd) yüksək nəticə göstərən Fidan Namiq qızı Babayeva təhsili kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istəyir.

Bu barədə o Oxu.Az-a açıqlamasında qeyd edib.

F.Babayeva bildirib ki, yüksək nəticə göstərəcəyindən həmişə əmin olub:

"Yüksək nəticə göstərəcəyimi düşünürdüm. Çox çalışırdım, sınaqlarda yaxşı nəticə göstərirdim, qəbul imtahanının özündə də yüksək bal toplayacağımdan əmin idim".

O, imtahanda 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

2020-ci ildə 694 balla Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olan Fidan Babayeva Prezident təqaüdçüsüdür. Hazırda sözügedən universitetin 5-ci kurs tələbəsidir.

O, 2018-2019-cu illərdə Avropa Qızlar riyaziyyat olimpiadasında iştirak edib.

2018-ci ildə yeniyetmələrin Balkan Riyaziyyat olimpiadasında bürünc medal qazanıb.

2019-2020-ci illərdə Respublika fənn olimpiadalarında bürünc və gümüş medala layiq görülüb.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyini qızıl medalla bitirib.

O həm də, "SOCAR"ın Gənc İstedadlar proqramının iştirakçısı olub.

Aygün Mirakif

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma