Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA
---

Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA

Martın 2-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur, yağıntılar səhər saatlarından kəsilib.


May.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45, Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan və İsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu və Daşkəsəndə 14, Balakən və Lənkəranda 12, Xınalıq və Qobustanda 11, Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6, Yardımlıda 5, Göyçayda 4, Xankəndi, Şabran və Tərtərdə 3, Xocalıda 2, Sədərəkdə 1 sm-dir.


Göygöl, Balakən, Şəki, İmişli, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 1 000 m-dək məhdudlaşıb.


Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-də 8, dağlıq rayonlarda isə 21 dərəcəyədək şaxta qeydə 

alınıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma