Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bu şəhərin küçələrində siqaret çəkmək qadağan edilib
---

Bu şəhərin küçələrində siqaret çəkmək qadağan edilib

Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkmək qadağan edilib.


Xezerxeber.az xəbər verir ki, qərar Beynəlxalq sərgiyə (Expo-2025) hazırlıq çərçivəsində baş verib. İndiyədək 6 məhəlləni əhatə edən qadağa hazırda bütün şəhərə şamil edilir. Qaydanı pozanlar 1000 yen (təxminən 10 AZN) cərimə edilir.


Bundan başqa, restoranlarda da siqaret çəkilməsi qaydaları dəyişib. Sahəsi 30 kvadrat metrdən çox olan restoranlarda xüsusi ayrılmış yer olmadığı təqdirdə tütün məmulatlarından istifadə qadağandır. Ötən həftəyə qədər bu norma 100 kvadrat metr idi.


Qeyd edək ki, Osaka şəhəri 13 aprel-13 oktyabr tarixlərində "Expo-2025"ə ev sahibliyi edəcək.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma