Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dəniz yırtıcıları mühasirədə: Qatil balinalar ağ köpəkbalıqlarına qarşı
---

Dəniz yırtıcıları mühasirədə: Qatil balinalar ağ köpəkbalıqlarına qarşı

Okeanın ən qorxunc yırtıcılarından olan ağ köpəkbalıqları ("Carcharodon carcharias") gözlənilməz təhlükə ilə üzləşiblər. Belə ki, qatil balinalar köpəkbalıqlarını kütləvi şəkildə yaşayış yerlərini tərk etməyə məcbur edirlər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə beynəlxalq alimlər qrupunun "African Journal of Marine Science" (AJMS) jurnalında dərc edilmiş məqalələrində bildirilir.

Bildirilir ki, tədqiqatın nəticələri ekspertlərdə ciddi narahatlıq yaradıb.

2017-ci ildən bəri alimlər Cənubi Afrika sahillərində, xüsusilə "ağ köpəkbalıqları paytaxtı" kimi tanınan Qansbay şəhəri ətrafında bu balıqların populyasiyasının azalmasını müşahidə edirlər. Əvvəllər bunun səbəbinin insan fəaliyyəti, xüsusilə həddindən artıq balıq ovu olduğu düşünülürdü. Lakin son zamanlarda məlum olub ki, köpəkbalıqlarının yox olmasının əsas səbəbi yağ və vitaminlərlə zəngin qaraciyərlərinə görə onları ovlayan qatil balinalardır.

Ağ köpəkbalıqlarının yox olması ilə onların təbiətdəki yerlərini mis köpəkbalıqları ("Carcharhinus brachyurus") kimi digər növlər tutsa da, bu canlılar da qatil balinaların qurbanına çevrilirlər.

Alimlər köpəkbalıqlarının davranışını Tanzaniyada şirlərin peyda olması zamanı yaşayış yerlərini tərk edən vəhşi itlərin davranışı ilə müqayisə edirlər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma