Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Cülyetta" obrazı ilə məşhurlaşmış britaniyalı aktrisa vəfat edib
---

"Cülyetta" obrazı ilə məşhurlaşmış britaniyalı aktrisa vəfat edib

Britaniyalı aktrisa, "Romeo və Cülyetta" (1968) filmində "Cülyetta" obrazını canlandıran Oliviya Hassi 74 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun ailəsi "Instagram"da məlumat yayıb.

"Dekabrın 27-də öz evində, yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən Oliviya Hassinin vəfatını dərin hüznlə bildiririk", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, karyerası ərzində Oliviya Hassi "Nazaretli İsa" (1977), "Nildə Ölüm" (1978) , "Tereza Ana" (2003) daxil olmaqla 50-dən çox film və serialda rol alıb. 1969-cu ildə "Romeo və Cülyetta" filmindəki baş roluna görə "Qızıl Qlobus" mükafatını qazanıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma