Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir
---

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Maldiv Prezidenti Məhəmməd Muizzu, Nepal Prezidenti Ramçandra Paudel, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf, Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, həmçinin bir sıra ölkələrin XİN-ləri, Azərbaycandakı səfirlikləri, müxtəlif beynəlxalq təşkilatların rəsmiləri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.

O bildirib ki, faciə ilə bağlı A.Quterreşin tezliklə başsağlığı məktubu paylaşılacaq.

Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma