Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Microsoft" 2025-ci il üçün sürprizlər hazırlayıb
---

"Microsoft" 2025-ci il üçün sürprizlər hazırlayıb

"Microsoft" şirkəti 2025-ci ildə hələ elan edilməmiş daha üç oyunu buraxmağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nik Beykerin sözlərinə istinadən "Multiplayer" məlumat yayıb.

Beyker bu məlumatı adı açıqlanmayan, lakin etibarlı mənbədən aldığını deyib.

Hazırda "Xbox" üçün "Avowed", "The Outer Worlds 2", "South of Midnight", "DOOM: The Dark Ages" və "Fable" daxil olmaqla beş gözlənilən oyun var. Lakin buraxılışların siyahısı bu layihələrlə məhdudlaşmır.

2025-ci ildə buraxıla biləcək digər oyunlara "State of Decay 3", "Clockwork Revolution", "Gears of War: E-Day", "Perfect Dark", "Everwild", "Marvel's Blade", "The Elder Scrolls VI", "Hideo Kojima's OD", "Contraband" və s. daxildir.

Bundan əlavə, gələn il "Call of Duty" seriyasından yeni bir oyunun çıxacağı gözlənilir.

Beləliklə, 2025-ci il "Xbox" platformasında oyun həvəskarları üçün maraqlı olacağını vəd edir.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma