Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Qədim Kolxida dili: Sirli lövhədə ilk nümunə tapıldı
---

Qədim Kolxida dili: Sirli lövhədə ilk nümunə tapıldı

ISU Tbilisi Dövlət Universitetinin alimləri Kolxida qədim dilinin ilk nümunəsini tapdıqlarını ehtimal edirlər.

Oxu.Az bu barədə "RIA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, qədim dilin ehtimal olunan nümunəsi Başplemi gölündə tapılmış lövhədə aşkar edilib. Mütəxəssislər müəyyən ediblər ki, lövhə əvvəllər güman edildiyi kimi gildən deyil, bazaltdan ibarətdir. Lövhədə təxminən 60 mətn simvolu var və onlar hələ də deşifrə edilməyib.

Alimlər lövhədə məşhur əfsanədəki qızıl yunun sirri haqqında məlumatların şifrələnmiş ola biləcəyini istisna etmirlər. Bu artefaktın tarixi ilə bağlı hələ də çətinliklər var.

Kolxida krallığında qızılın olması barədə bu gün də danışmağa davam edirlər. Bunu Batumidə yol işləri zamanı artefaktların - ümumilikdə 13 relikviyanın tapılması sübut edir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma