Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Binənin Atçılıq massivindəki dəmir körpü götürüldü - SƏBƏB
---

Binənin Atçılıq massivindəki dəmir körpü götürüldü - SƏBƏB

Xəzər rayonunun Binə qəsəbəsinin Atçılıq massivində kanalın üzərində illərlə mövcud olan dəmir körpünü götürüb yerini dəyişiblər.

Xezerxeber.az-ın məlumatına görə, gün ərzində təxminən minə yaxın binə sakini bu körpüdən keçir.

Sakinlərin iddiasına görə, dəmir körpünün 4 tona yaxın ağırlığı var. Onu kanalın üzərində cəmi 4 ədəd mişar daşı saxlayır.

Sakinlər bildiriblər ki, avtobus dayanacağı, marketlər, dükanlar kanalın bu biri tərəfində yerləşdiyindən, mənzil sakinləri mütəmadi olaraq körpüdən istifadə edirlər.

Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi ilə əlaqədar məsələ sabah araşdırılacaq.

Ətraflı süjetdə:


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma