Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İlon Maskın proqnozu: "Pilotlu qırıcılar dövrünün sonudur"
---

İlon Maskın proqnozu: "Pilotlu qırıcılar dövrünün sonudur"

Məşhur ABŞ-li sahibkar və milyarder İlon Mask hərbi münaqişələrin gələcəyi ilə bağlı baxışlarını bölüşüb. Onun fikrincə, gələcək müharibələr pilotsuz uçuş aparatlarının (PUA) və hipersəs raketlərinin kütləvi istifadəsi ilə xarakterizə olunacaq, ənənəvi pilotlu qırıcı təyyarələr isə səmərəsiz və zəif olacaq.

Oxu.Az-ın məlumatına görə, o bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Gələcək müharibələrdə dronlar və hipersəs raketləri istifadə olunacaq. İnsan tərəfindən idarə olunan qırıcı təyyarələr çox tez məhv ediləcək", - Maskın paylaşımında deyilir.

Bu, milyarderin hərbi sahədə pilotsuz texnologiyaların perspektivləri haqqında ilk proqnozu deyil. O, daha əvvəl "dron sürüsü döyüşləri"ni proqnozlaşdırıb və PUA-ların inkişafı fonunda beşinci nəsil "F-35" ABŞ qırıcılarını səmərəsiz və köhnəlmiş adlandıraraq tənqid edib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma