Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti BƏRPA EDİLDİ
---

Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti BƏRPA EDİLDİ

Bu gündən bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilib.

May.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, hərəkət sxemləri bərpa edilən xətt avtobusları bunlardır - 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.

Hərəkət sxemləri metronun "Ulduz" stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil edilir.

Qeyd olunub ki, digər müntəzəm marşrutların fəaliyyətinin bərpa edilməsi prosesi də mərhələli şəkildə təmin olunacaq.

Xatırladaq ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 57 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib, 15 marşrut xəttinin fəaliyyəti dayandırılıb.

Əzizə İsmayılova

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma