Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Kişilərdə keçəlləşməsinin əsl səbəbi BUDUR
---

Kişilərdə keçəlləşməsinin əsl səbəbi BUDUR

Kişilərdə erkən və qəfil dazlaşmanın, saç tökülməsinin səbəbi hormonaldır.

May.az bakupost.az-a istinadla xəbər verir ki, Amerika Saç tökulməsi üzrə assosiasiyanın rəhbəri Spenser Kobren kişilərin dərdi olan dazlaşmanın əsas səbəbini açıqlayıb.

Statistikaya görə, kişilərin 70%-i 35 yaşa kimi keçəlləşir, 50 yaşdan sonra bu rəqəm 80%-ə çatır.

Trixoloqun uzun illərin təcrübəsinə görə, ocaqlı, yuvalı dazlaşmanın səbəbi diqidrotestosteron - bioloji aktiv maddədir. Bu maddənin əsas kişi hormonu testosteron hasil edir. Onun yüksəlməsi nətcəsində tük follikullarının böyüməsi dayanır, proses qırılır.

"Bu əslində xəstəlikdir, özü də çətin müalicə olunan. Əgər bədəndə də tüklər tökülürsə, bu immun sistemin səhvən öz tük köklərinə hücum etməsi nəticəsində olur.

Aktiv saç tökülməsi başlayıbsa, mütəxəssisə müraciət edib, hormonal terapiya almaq lazımdır. Ən çox istifadə olunan dərmanlar isə finasterid və minoksidildir.

Kobren bildirib ki, psixoloji hazırlıqlı olmaq üçün, hələ tam dazlaşmamış başınızı keçəl edin və buna alışın.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma