Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edildi
---

Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edildi

Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.

APA xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən Dövlət Başçılarının 11-ci Zirvə görüşündə qərar qəbul olunub.

Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri nəzərə alaraq və çoxşaxəli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birlik və həmrəyliyin gücləndirilməsinə sadiqliyini təsdiq edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş iclasının Memorandumuna əsasən, Dövlət Başçıları Şurası aşağıdakılar barədə qərar qəbul edib:

"1 və 2 nömrəli əlavələrdə göstərildiyi kimi, Türk Dövlətləri Təşkilatının bayrağı onun təsviri ilə birlikdə qəbul edilsin və bu Qərarın 1-ci bəndinə uyğun olaraq, digər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağına uyğunlaşdırılmasına davam edilsin və bu təşkilatların yenilənmiş bayraqları qəbul edilsin".


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma