Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Məşhur ABŞ-li bəstəkar vəfat edib
---

Məşhur ABŞ-li bəstəkar vəfat edib

Məşhur ABŞ-li bəstəkar və prodüser Kuinsi Cons 91 yaşında vəfat edib.

May.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə musiqiçinin ailəsi məlumat verib.

Qeyd olunub ki, musiqiçi Los-Ancelesdəki evində dünyasını dəyişib.

Kuinsi Cons 1933-cü il martın 14-də Çikaqoda anadan olub. İlk musiqi təhsilini Bostondakı Şillinger Musiqi Evində alan musiqiçi bir müddət sonra təhsilini yarımçıq qoyaraq Nyu-Yorka köçüb.

Müxtəlif caz qrupları ilə əməkdaşlıq edən bəstəkar 1970-ci illərin sonunda Maykl Ceksonla əməkdaşlığa başlayıb.

O, M.Ceksona dünya şöhrəti gətirən "Off the Wall" albomunun prodüseri olub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma