Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » 3 dəqiqəyə stresdən qurtulun - İdmansız, ağrısız...
---

3 dəqiqəyə stresdən qurtulun - İdmansız, ağrısız...

Günlük həyatımızda stres qaçılmazdır. Streslə mübarizə aparmağın isə sadə yolları var. Heç bir ağırlıq qaldırmadan, hərəkət etmədən, elə oturduğunuz yerdəcə stresi idarə etmək mümkündür. Bunun üçün sadəcə nəfəs texnikasını bilmək kifayət edir.

BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki, nəfəs texnikası stresi idarə etmək üçün çox təsirli bir yoldur. Nəfəs alışı və verişini düzgün yönləndirmək, bədənin fiziki və emosional gərginliyini azaltmağa kömək edir.

I üsul

Rahat bir pozada oturun və ya uzanın.
Burunla dərin bir nəfəs alın, qarınınızın genişlənməsinə icazə verin.
Ağızdan yavaşca nəfəs verin. Bu prosesi 5-10 dəqiqə təkrarlayın.

II üsul


Burunla 4 saniyə nəfəs alın.
Nəfəsi 7 saniyə saxlayın.
Ağızdan 8 saniyə ərzində nəfəs verin. Bu texnika, narahatlığı azaltmağa və rahatlamağa kömək edir.

III üsul

2 saniyə burunla dərin nəfəs alın, 2 saniyə nəfəsi saxlayın, 4 saniyə ağızdan nəfəs verin.
Bu dövrü 5-10 dəqiqə ərzində təkrarlayın.

Gündəlik həyatınıza 5 dəqiqəlik bir nəfəs rutini əlavə edin. Nəfəs alıb-verərkən diqqətinizi bədəninizin hisslərinə yönəldin. Öz nəfəsinizə diqqət yetirin. Nəfəsinizin necə alındığını və verildiyini hiss edin.

Bu texnikaları gündəlik həyatınıza daxil edərək, streslə mübarizə aparmağı asanlaşdıra bilərsiniz. Rahatlamaq və stresi azaltmaq üçün bu növ məşqləri müntəzəm olaraq həyata keçirmək faydalıdır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma