Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Yeni film məşhur aktyorları bir araya gətirəcək
---

Yeni film məşhur aktyorları bir araya gətirəcək

Məşhur ingilis rejissoru Riçard Eyr dram janrında yeni film üzərində işləyir.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, çəkilişlərdə bir neçə məşhur aktyor iştirak edəcək.

Film "The Housekeeper" (Xidmətçi) adlanır.

Söhbət qədim qalada dul qalmış lord və onun qonağının iştirak etdiyi sevgi hekayəsindən gedir.

Varlı zadəgan obrazını Entoni Hopkins, evin xidmətçisini isə Uma Turman canlandırır.

Filmin 2025-ci ilin sonuna kimi kinoteatrlarda nümayiş olunacağı gözlənilir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma