Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bakıda bu gün aylıq normanın 30%-i həcmində yağış yağıb
---

Bakıda bu gün aylıq normanın 30%-i həcmində yağış yağıb

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində oktyabrın 28-i günün birinci yarısında qısamüddətli leysan xarakterli yağış yağıb.

Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Bakıda bu gün aylıq normanın 30%-i həcmində yağış yağıb

O qeyd edib ki, yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir.

G.Abbasova məlumat verib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

"Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir".

Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.

"Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir", - deyə N.Mahmudov qeyd edib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma