Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
---

"Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ

Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsünü yenidən su basması məlumatı yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətin məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Paytaxtda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma