Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Windows" yeniləməsi "Word"ün işində problem törədib
---

"Windows" yeniləməsi "Word"ün işində problem törədib

"Microsoft" Korporasiyası "Windows 11" yeniləməsindən sonra "Office" proqramları ilə bağlı problemlər haqqında məlumat verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "XDA" nəşri diqqət çəkib.

Şirkətin dəstək səhifəsində qeyd olunur ki, "Windows 11" üçün "24H2" yeniləməsi "Office" paketinin proqramlarının işini poza bilər. Bunlara "Word" mətn redaktoru, "Excel" cədvəl redaktoru və digər ofis tətbiqləri daxildir.

"Microsoft" mütəxəssisləri izah ediblər ki, problemlər müəyyən "zərərli proqramlara qarşı müdafiə həlləri"nin işində xəta ilə bağlıdır. Görünür, nasazlıqlar "CrowdStrike"dan qoruyucu proqram təminatı olan korporativ istifadəçilərin kompüterlərində qeydə alınıb. "CrowdStrike" proqram təminatı ilə iyul ayında Windows-un işində qlobal nasazlıq baş vermişdi.

"Microsoft" və "CrowdStrike" nasazlıqların aradan qaldırılması üzərində işlədiklərini bildiriblər. Şirkətlər istifadəçilərin patch-in nə vaxt gözləyə biləcəklərini dəqiqləşdirməyiblər. Görünür, "Windows 11"in adi versiyalarının istifadəçiləri nasazlıqlardan şikayət etmirlər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma