Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Tovuzda yanmış evdə ev sahibinin asılmış cəsədi tapılıb
---

Tovuzda yanmış evdə ev sahibinin asılmış cəsədi tapılıb

Tovuzda yanmış evdə ev sahibinin asılmış cəsədi tapılıb


Tovuzda iki evdə yanğın olub.

May.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanan evlərdən biri Vidadi Allahverdiyevə məxsus olub. Hadisə yerinə gələn 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin səyi nəticəsində alov söndürülüb.

Qeyd edək ki, yanğın baş vermiş evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.

Başqa bir yanğın hadisəsi isə Tovuz rayonunda yerləşən Dövlət Yol Polisinin 10 saylı rayonlar arası qeydiyyat imtahan şöbəsinin rəisi Xəqani Əsgərovun mənzilində baş verib. Ora 2 yanğın söndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma