Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Tarixin ən yaxşı futbolçusu seçilib
---

Tarixin ən yaxşı futbolçusu seçilib

Lionel Messi tarixin ən dahi və ən görkəmli futbolçusu seçilib.

Oxu.Az xəbər verir ki, bu seçimi İspaniyanın nüfuzlu "Marca" nəşri həyata keçirib.

Nəşrin nümayəndələri 37 yaşlı argentinalı forvardın çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubuna mükafatı təqdim etmək üçün Mayamiyə gediblər.

"Uşaqlıqda qurduğum bütün arzuları həyata keçirə bildim. Hamının arzuladığı kuboku - Dünya Kubokunu qazandım. Uşaqlıq klubum "Barselona" ilə hər şeyi qazandım", - deyə Messi mükafatlandırma mərasimində bildirib.

Xatırladaq ki, Messi tarixdə ən çox titul qazanan futbolçudur - 46 kubok. Argentinalının aktivində səkkiz "Qızıl top" mükafatı da var. O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma