Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Keyt Middlton şahzadə Uilyama ultimatum qoyub
---

Keyt Middlton şahzadə Uilyama ultimatum qoyub

Keyt Middlton ictimaiyyət qarşısındakı davranışına görə Böyük Britaniya şahzadəsi Uilyama ultimatum verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Mirror US" nəşri yazır.

Mənbənin məlumatına görə, Uilyam və Keyt 2007-ci ildə ünsiyyəti kəsiblər. Ayrılığın səbəblərindən biri Uels şahzadəsinin qəbuledilməz davranışı səbəbi ilə Keytin ultimatumu olub. O, Uilyamın iki dəfə gecə klublarında başqa qızlarla görüldüyü zaman özünü alçaldılmış hiss edib.

Ekspert Keti Nikoll bildirib ki, bu, Keytin ilk ultimatumudur.

"O, illərdir qızların Uilyama hücum etməsinə dözürdü və bir müddət bunu yumoristik və hətta xoşagələn hesab edirdi. Lakin onun son davranışından sonra ona ultimatum verdi və dedi ki, hər dəfə ictimaiyyət qarşısında belə davrandıqca onun imicini, eləcə də öz imicini ucuzlaşdırır", - deyə K.Nikoll Keytin anonim qalmaq istəyən rəfiqəsindən sitat gətirib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma