Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Müşfiqabad qəsəbəsində suyun verilməsi nə vaxt BƏRPA OLUNACAQ?
---

Müşfiqabad qəsəbəsində suyun verilməsi nə vaxt BƏRPA OLUNACAQ?

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin sakinləri üç gündür ki, suyun verilməməsindən şikayətçidir.

Onlar bildirirlər ki, su təminatı tamamilə dayandırılıb və bu günlər ərzində heç bir rəsmi məlumat verilməyib:

"Qaynar xətlə əlaqə saxlayırıq, hər dəfə bu gün-sabah olacaq deyərək aldadırlar. Lakin vəziyyət dəyişmir. Məlumdur ki, insanların ən əsas ehtiyaclarından biri olan su təminatı ilə bağlı uzunmüddətli kəsintilər sakinlərin gündəlik həyatına və sağlamlığına ciddi təsir göstərir. Əhalinin susuz qalması dözülməz haldır və alternativ su xətlərinin olmaması vəziyyəti daha da çətinləşdirir".

Mövzu ilə bağlı Oxu.Az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə axşam saatlarına qədər suyun verilməsi bərpa olunacaq:

"Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə aparılan təmir işləri başa çatıb. Hazırda suyun durulma prosesi gedir. Axşam saatlarına qədər suyun ərazilərə verilməsi bərpa olunacaq".

Aygün Mirakif

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma