Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Günel yenidən plastik əməliyyat etdirəcək
---

Günel yenidən plastik əməliyyat etdirəcək

"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova yenidən bıçaq altına uzanacaq.

OLAY yazır ki, bu haqda sənətçi "Xəbərin var?" maqazin verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşularkən məlumat verib.

Ələkbərova bildirib ki, o üzündə və bədən nahiyyəsindəki komplekslərindən azad olmaq üçün cərrah masasına uzanaraq plastik əməliyyat keçirəcək:

"Qaş ucu gərmə, buxaq əməliyyatı icra olunacaq. Daha bir əməliyyatda bədənimdə olunacaq. Amma o əməliyyatın nə olduğunu indidən açıqlama vermək istəmirəm. Əməliyyatdan sonra deyəcəyəm. İndi çoxları deyəcək ki, bəxtəvər yenə əməliyyat olunur. Amma buradan mənə bəxtəvərçilik oxuyanlara demək istəyirəm ki, heç kim xoş günündən əməliyyata girmir. Biz xanımlar istəyirik ki, komplekslərimizdən azad olaq".

Qeyd edək ki, Günel Ələkbərova aylar əvvəl 4 saat davam edən bədənşəkilləndirmə və liposaksiya əməliyyatı keçirib. Sənətçinin bədənindən əməliyyat yolu ilə 9 litr piy çıxarılıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma