Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama
---

COVID-19 Aydakı temperatura da təsir edibmiş: Alimlərdən heyrətamiz açıqlama

COVID-19 pandemiyası təkcə Yerdəki insanların həyatını kökündən dəyişmədi, həm də planetimizin təbii peyki - Aya təsir edib.

Oxu.Az-ın "Oxford Academic"ə istinadla verdiyi məlumata görə, gözlənilməz kəşfin müəllifləri Əhmədabaddakı Fiziki Tədqiqatlar Laboratoriyasından olan alimlərdir.

Tədqiqatçılar bu heyrətamiz hadisənin səbəbinin karantin dövründə insan fəaliyyətinin kəskin azalması nəticəsində Yerin şüalandırdığı radiasiyada azalma ola biləcəyini güman edirlər. Onlar həmin dövrdə dünyada əksər sənaye müəssisələrinin işi dayandırıldığını, nəqliyyatdan istifadə son dərəcə məhdudlaşdığını, kütləvi tədbirlərin isə ləğv olunduğunu xatırladaraq, bunun planetimizin şüalanma səviyyəsinə təsir etdiyini vurğulayıblar.

"Ay, ehtimal ki, COVID-19 səbəbindən bu dövrdə gecə vaxtı Ay səthinin temperaturunun anomal azalması kimi vizuallaşdırılan karantin effektini yaşadı", - deyə tədqiqatın müəllifləri qeyd edirlər.

Alimlər iki səma cisminin qarşılıqlı əlaqə mexanizmlərini daha yaxşı başa düşmək üçün bu fenomeni öyrənməyə davam edəcəklərini qeyd ediblər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma