Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Afrikalı jurnalist: "Fransa hökuməti bizimlə qul kimi rəftar edir"
---

Afrikalı jurnalist: "Fransa hökuməti bizimlə qul kimi rəftar edir"

"Fransanın müstəmləkə siyasətindən ən çox əziyyət çəkən ərazilərdən biri də Afrika ölkələridir".

Oxu.Az xəbər verir ki, bu barədə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilən beynəlxalq konfransda çıxışı zamanı jurnalist Abdarahmane Vone deyib.

Onun sözlərinə görə, müstəmləkə siyasəti, xüsusən də qadınların və uşaqların ləyaqətli həyat tərzi sürməsinə mane olur:

"Çünki bizə qarşı həyata keçirilən diskriminasiya siyasəti onların bizimlə qul kimi rəftar etməsi ilə nəticələnir".

"Biz inanırıq ki, müstəmləkəçiliyə qarşı açdığımız savaşı qazanacağıq. Ümid edirəm ki, bizim icmalarımız bu savaşın nə demək olduğunu anlayaraq birləşəcək və biz qalib gələcəyik", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilən beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edirlər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma