Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Moskvada məktəbli anasının avtomobilini oğurlayaraq aşırdı: İçəridən on azyaşlı çıxdı
---

Moskvada məktəbli anasının avtomobilini oğurlayaraq aşırdı: İçəridən on azyaşlı çıxdı

Moskvada məktəbli anasının avtomobilini oğurlayaraq aşırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Moskva şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avtomobildə daha doqquz yeniyetmə olub.

14 yaşlı oğlan valideynlərinin maşınının açarlarını oğurlayaraq dostunu sükan arxasına keçirib. Yolda digər dostlar da avtomobilə əyləşib, onlardan dördü baqajda yerləşiblər.

Avtomobil bordürə dəyib və bir neçə dəfə aşıb. Zərbənin təsirindən bir qız pəncərədən yola düşüb və xəstəxanaya aparılıb.

Məktəblilərdən bəziləri polis gələnə kimi hadisə yerindən qaça biliblər.

Moskvada məktəbli anasının avtomobilini oğurlayaraq aşırdı: İçəridən on azyaşlı çıxdı

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma