Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Əhaliyə XƏBƏRDARLIQ - Yeddi ildən sonra, bu gecə...
---

Əhaliyə XƏBƏRDARLIQ - Yeddi ildən sonra, bu gecə...

Rusiya Elmlər Akademiyasının elmi işçisi Sergey Boqaçov gecə saatlarında baş verən güclü Günəş partlayışı barədə məlumat verib.

BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"X7.1 alışması, demək olar ki, tam olaraq Günəş diskinin mərkəzində, Yerə maksimum təsir zonasında baş verib", - deyə alim bildirib.

Boqaçov partlayışı olduqca güclü adlandırıb. Partlayış Bakı vaxtı ilə gecə saat 02.20-də qeydə alınıb. Alışma son yeddi ilin ən güclülərindən biri olub. Daha güclü partlayış yalnız bir dəfə - 2024-cü ilin mayında qeydə alınıb.

Xatırladaq ki, maqnit qasırğalarının insanlara təsiri müxtəlif ola bilər. Bəzi insanlar bu cür hadisələr zamanı xroniki xəstəliklərin pisləşməsi ilə üzləşirlər və baş ağrıları, yorğunluq, əsəbilik və konsentrasiyanın azalması ilə qarşılaşa bilərlər.

Eyni zamanda, maqnit qasırğaları təbii bir hadisədir və hər bir orqanizm onlara özünəməxsus şəkildə reaksiya verir. Daimi məşq, yaxşı yuxu və balanslaşdırılmış pəhriz sağlamlığınıza təsirini minimuma endirməyə kömək edə bilər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma