Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
---

Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir

"Neobank Bunq" Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin paytaxtlarında hava limanından şəhər mərkəzinə taksi tariflərini müqayisə edib. Tərtib edilmiş qiymətlərə görə, ən ucuz taksi gedişi Bolqarıstanın Sofiya şəhərində, ən bahalı taksi isə İngiltərənin paytaxtı Londondadır.

BiG.AZ valyuta.az-a istinadən xəbər verir ki, "Uber", "Bolt" və "Free Now" kimi taksi sistemlərinin tətbiq etdiyi qiymətləri toplayan araşdırmaya görə, Bolqarıstanın paytaxtı Sofiyada hava limanından şəhər mərkəzinə orta taksi haqqı 5,06 avro ilə ən ucuz paytaxt şəhəridir. Sofiyadan sonra 6,91 avro ilə Rumıniyanın Buxarest, 7,95 avro ilə Polşanın Varşava şəhərləri gəlir.

Digər tərəfdən, Avropa paytaxtlarında ən bahalı taksi haqqı İngiltərənin paytaxtı Londondadır. Hava limanından Londonun Trafalqar meydanına taksi ilə orta gediş haqqı 80,08 avrodur. Londonu 67,05 avro ilə Hollandiya-Amsterdam, 64,00 avro ilə Cənubi Kipr-Nikosiya, 63,63 avro ilə Finlandiya-Helsinki və 53,50 avro ilə İtaliya-Roma izləyir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma