Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ancelina Coli Bred Pittə qarşı iddianı geri götürdü
---

Ancelina Coli Bred Pittə qarşı iddianı geri götürdü

Aktrisa Ancelina Coli aktyor Bred Pitin övladlarına qarşı zorakılıq hərəkətləri ilə bağlı iddiasını geri götürüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisa iddia edib ki, Pitt uşaqlardan birinin üzünə şillə vurub, digərini isə boğub. Aktyorun özü ittihamları qəti rədd edib. Məlumdur ki, bu hadisə ilə bağlı araşdırmalar 2016-cı ildən aparılır.

Coli keçmiş əri Pittdən boşanmaqla 100 milyon dollar qazanıb. Məbləğə aliment, uşaqlar üçün hədiyyələr və Colinin "Chateau Miraval" Fransız şərab zavodunda payının satışından əldə edilən gəlir daxildir.

Qeyd olunur ki, keçmiş həyat yoldaşları 2008-ci ildə üzüm bağını 60 milyon dollara alıb və investisiyalar hesabına dəyərini üç dəfə artırıblar.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma