Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Həyatına həkim kimi davam edəcəyini deyən "Türkiyə gözəli" İdil Bilgen sözünü tutmadı
---

Həyatına həkim kimi davam edəcəyini deyən "Türkiyə gözəli" İdil Bilgen sözünü tutmadı

"2024-cü il "Miss Turkey" gözəllik yarışmasında "Türkiyə gözəli" seçilən İdil Bilgen Bingöl vilayətinə ixtisası üzrə təyinat alıb, lakin hələ vəzifəsinə başlamayıb.

Oxu.Az-ın DHA-ya istinadən verdiyi xəbərə görə, Türkiyənin Koç Universitetinin Tibb fakültəsindən yeni məzun olan İdil Bilgen Səhiyyə Nazirliyinin 118-ci dövr "Dövlət xidməti öhdəliyi" qərarına əsasən, Bingölün 2 min 304 nəfər əhalisi olan Yayladere rayonundakı İctimai Sağlamlıq Mərkəzinə təyinat alıb.

Məlumata görə, sentyabrın 9-da bölgəyə təyin edilən "Türkiyə gözəli" 15 gün ərzində regional səhiyyə idarəsinə müraciət edərək işə başlamalı idi, lakin müraciət müddəti keçib. Onun bu müddət ərzində heç bir müraciət etmədiyi bildirilib.

İdil Bilgen vəzifəsinə başlaması üçün 2 ay ərzində regional səhiyyə idarəsinə izahat ərizəsi təqdim edə bilər. Əgər göstərilən müddətdə izahat ərizəsi təqdim etməsə belə, o, hər altı aydan bir keçirilən növbəti "Dövlət qulluğu öhdəliyi" çəkiminə müraciət edə bilər.

Xatırladaq ki, daha əvvəl İdil Bilgen karyerasına və həyatına onkoloq kimi davam edəcəyini, bu sahədə ixtisaslaşacağını bildirmişdi.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma