Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » 14 il gizlənən qatil, qırmızı işığa görə tutuldu
---

14 il gizlənən qatil, qırmızı işığa görə tutuldu

ABŞ-ın Florida ştatında 14 ildir gizlənən qatil avtomobili ilə işıqforun qırmızı işığında keçdiyi üçün yaxalanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 43 yaşlı Timoti Hikerson yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Araşdırma zamanı polis onun Virciniya ştatında axtarışda olduğunu müəyyən edib.

İstintaqın məlumatına görə, 2010-cu ilin martında Hikerson 23 yaşlı Şeyn Donahunun evinə girərək onu qarət edib. Bir neçə gün sonra Donahu yoxa çıxıb.

Hikersonun niyə onu öldürdüyü hələ də məlum deyil. İllər keçsə də, polis Donahunun qalıqlarını da tapa bilməyib.

Cinayətkar Virciniyaya ekstradisiya olunana qədər həbsxanada saxlanılacaq.

14 il gizlənən qatil, qırmızı işığa görə tutuldu

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma