Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Reper "Lizzo" 50 kiloqram arıqlamağının sirrini paylaşdı
---

Reper "Lizzo" 50 kiloqram arıqlamağının sirrini paylaşdı

Daha çox "Lizzo" kimi tanınan məşhur amerikalı reper Melissa Vivian Cefferson 50 kiloqram arıqlamağının səbəbini dərman preparatında görənlərə cavab verib.

Oxu.Az-ın verdiyi məlumata görə, o, ittihamları özünün "Instagram" hesabından şərh edib.

36 yaşlı ifaçı videoda bir pərəstişkarından gələn mesajın ekran görüntüsünü paylaşıb. Pərəstişkarı iddia edirdi ki, o, "Ozempic" adlı preparat vasitəsilə arıqlaya bilib.

İfaçı onu təkzib edərək idman və pəhrizlə arıqladığını bildirib.

"Beş ay güc məşqləri və kalori defisitindən sonra nəhayət "Ozempic" haqqında ittihamlar alırsınız", - deyə "Lizzo" təəssüfünü bildirib.

O, həmçinin məşqindən görüntülərini paylaşıb.

Reper "Lizzo" 50 kiloqram arıqlamağının sirrini paylaşdı

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma