Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » İrəvanda Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamenti nəzərdən keçirilir
---

İrəvanda Azərbaycanla delimitasiya üzrə komissiyanın reqlamenti nəzərdən keçirilir

Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirməyə başlayıb.

Oxu.Az bu barədə Ermənistan mediasına istinadən məlumat verir.

Bildirilir ki, Konstitusiya Məhkəməsinin bugünkü iclası qapalı rejimdə keçirilir. Sənəd təsdiq edilərsə, müzakirə üçün parlamentə göndəriləcək.

Qeyd edək ki, reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyasda delimitasiya xəritəsinin hazırlanmasını, ekspert qruplarının işini nəzərdə tutur.

Məlumata görə, qayda və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin tam gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.

Xatırladaq ki, Ermənistan XİN avqustun 30-da İrəvan və Bakının sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında qaydanı imzaladığını bildirmişdi.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma