Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » ABŞ-nin Suriyadakı hərbi bazasında güclü partlayışlar olub
---

ABŞ-nin Suriyadakı hərbi bazasında güclü partlayışlar olub

Suriyada Əş-Şəddad şəhəri yaxınlığında yerləşən ABŞ hərbi bazasının bilavasitə yaxınlığında bir sıra güclü partlayışlar baş verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Al Mayadeen" telekanalı regiondakı öz mənbələrinə istinadən xəbər yayıb.

İlkin ehtimallara görə, ABŞ silahlı qüvvələrinin bazası raket hücumuna məruz qalıb. Hadisə nəticəsində bu bölgədə yerləşən ABŞ bölmələri yüksək döyüş hazırlığı rejiminə keçirilib. Pentaqon baş verənlər barədə hələlik rəsmi şərh verməyib.

Bundan əlavə, Suriyanın Deyr əz-Zor vilayətində strateji əhəmiyyətli Konoko neft-qaz yatağı yaxınlığında yerləşən digər ABŞ bazasında hava həyəcanı siqnalları səslənib. Bu hadisənin də təfərrüatı hələlik məlum deyil.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma