Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Martinikada komendant saatı tətbiq edilib
---

Martinikada komendant saatı tətbiq edilib

Karib dənizində yerləşən Fransaya məxsus Martinika adasında əhalinin həyat bahalılığından narazılığı səbəbindən kütləvi etirazlar alovlanıb.

Oxu.Az bu barədə "Le Figaro"ya istinadən xəbər verir.

Zorakılığın artması ilə əlaqədar olaraq adanın prefekti Jan-Kristof Buvye paytaxt For-de-Frans və Le-Lamanten şəhərinin bəzi rayonlarında saat 21:00-dan 05:00-dək (Bakı vaxtı ilə 13:00-dan 21:00-dək) komendant saatının tətbiq edildiyini elan edib. Məhdudiyyətlər ən azı sentyabrın 23-dək davam edəcək.

Qeyd edək ki, çərşənbə axşamı, sentyabrın 18-də gecə paytaxtın Sent-Terez və Dillon rayonlarında ciddi iğtişaşlar baş verib. Toqquşmalar nəticəsində 11 polis əməkdaşı və üç iğtişaş iştirakçısı xəsarət alıb, 15 nəfər həbs edilib. Ümumilikdə gecə ərzində 12 avtomobil yandırılıb, 17 müəssisə vandalizm və ya qarətə məruz qalıb.

Daha əvvəl, sentyabrın 3-də gecə Sent-Terez rayonunda iğtişaşlar baş vermişdi, sentyabrın 14-də gecə isə naməlum şəxslər For-de-Frans şəhərindəki polis bölməsinin binasını atəşə tutmuşdular, xoşbəxtlikdən xəsarət alan olmamışdı.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma