Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Əhalinin diqqətinə! - saat 08:00-dan 17:00-dək... - XƏBƏRDARLIQ
---

Əhalinin diqqətinə! - saat 08:00-dan 17:00-dək... - XƏBƏRDARLIQ

Masazır qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə BiG.AZ-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Masazır qəsəbəsinin bir sıra hissəsində 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında həyata keçirilən iməclik və yenidənqurma işləri ilə əlaqədar sentyabrın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 08:00-dan saat 17:00-dək 35 kV-luq kabel hava xəttinin keçdiyi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma