Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dünyanın ən ölümcül virusu Hindistanda daha bir can aldı: ÜST-dən həyəcan təbili
---

Dünyanın ən ölümcül virusu Hindistanda daha bir can aldı: ÜST-dən həyəcan təbili

Hindistanın cənubundakı Kerala ştatında təhlükəli Nipah virusu yenidən can alıb. 24 yaşlı tələbə bu qorxulu xəstəlikdən ölüb. Ondan əvvəl - bu ilin iyul ayında, 14 yaşlı oğlan eyni virusa yoluxmaqdan vəfat edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Oboz.ua xəbər yayıb.

Bildirilir ki, tələbədə qızdırma əlamətləri sentyabrın 4-də meydana çıxıb və beş gün sonra o, vəfat edib. Onun qan nümunəsinin testi Nipah virusu ilə yoluxmanı təsdiqləyib. Hazırda virusun daha da yayılmasının qarşısını almaq üçün ölən gənclə təmasda olan 151 nəfər həkimlərin ciddi nəzarəti altındadır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Nipah virusunu genişmiqyaslı epidemiyalara səbəb olmaq qabiliyyətinə görə prioritet patogen kimi təsnif edir. Hazırda yoluxmanın qarşısını almaq üçün vaksin və ya xəstəliyin müalicəsi üçün effektiv dərmanlar mövcud deyil.

Nipah virusu insanlara meyvə yarasalarından və donuz kimi heyvanlardan keçir. O, beyin şişməsinə və ölümə səbəb ola biləcək ağır qızdırma yaradır. Kerala ştatının bəzi hissələri bu təhlükəli xəstəliyin baş verməsi baxımından ən yüksək risk zonasındadır.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma