Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » 8 aylıq hamilə qadını öldürənə bu cəza verildi
---

8 aylıq hamilə qadını öldürənə bu cəza verildi

Bərdə şəhərində qeyri-rəsmi nikahda yaşadığı 36 yaşlı Günay Ələkbərovanı amansızlıqla qətlə yetirən Şirxan İmanovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, 8 aylıq hamilə qadını işlətdiyi kafedə girov saxlayan və daha sonra öldürən 1984-cü il təvəllüdlü Ş.İmanova 17 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci (Hamilə qadını öldürmə, qəsdən sağlamlığa yüngül zərər vurma və qanunsuz azadlıqdan məhrumetmə) maddələri üzrə təqsirli bilinib.

Məhkəmədə Ş.İmanov G.Ələkbərovanı qətlə yetirmədiyini, qadının özünə xəsarət yetirməsi səbəbindən öldüyünü iddia edib.

Lakin araşdırmalar zamanı Şirxan İmanovun sevgilisi ilə kafedə dalaşması və qapını bağlayaraq oradan çıxmağa imkan verməməsi məlum olub. Buna səbəb isə Günayın ilk evliliyindən olan uşaqlarını görmək istəməsi olub. Hadisə vaxtı G.Ələkbərova aktiv müqavimət göstərdikdə Şirxan zərbələr endirərək onu öldürüb.

8 aylıq hamilə qadını öldürənə bu cəza verildi

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma