Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Durovun sevgilisi onun həbsindən sonra ilk dəfə paylaşım etdi
---

Durovun sevgilisi onun həbsindən sonra ilk dəfə paylaşım etdi

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov Fransada həbs olunduqdan sonra onun sevgilisi Yuliya Vavilova sosial şəbəkələrdə ilk paylaşımını edib.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Vavilova izləyicilərinə üz tutaraq, həyatında olduqları üçün onlara təşəkkür edib. O, pərəstişkarlarından ölçüyəgəlməz dəstək aldığını bildirib.

Durovun sevgilisi qeyd edib ki, daha əvvəl sosial şəbəkələrdən istifadə etmək imkanı olmayıb. O, hər şeyin yaxşı olduğunu bildirib.

"Çoxlu yalan məlumatlar yayılıb, amma bu, gələcəyin mövzusudur", - Vavilova "Telegram" kanalında yazıb.

Durovun sevgilisi onun həbsindən sonra ilk dəfə paylaşım etdi


Xatırladaq ki, rusiyalı iş adamı avqustun 24-də Parisin "Le Burje" hava limanında saxlanılıb. Avqustun 28-də sahibkar ölkə ərazisini tərk etməməyə dair iltizamnamə ilə və 5 milyon avro girov müqabilində həbsdən azad edilib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma